Home Qarabağ Mirkişilinin İrəvandan bu fotosu erməniləri “qəzəbləndirdi”

Mirkişilinin İrəvandan bu fotosu erməniləri “qəzəbləndirdi”

289
0

Azərbaycanlı deputatların Avronest PA-nın İrəvanda keçirilən toplantısına qatılmasına qarşı erməni mediası və bəzi siyasilər açıq-aşkar kampaniya aparmaqda davam edirlər.

Sosialxəbər.az xəbər verir ki, azərbaycanlı deputatların hər addımı, hər çıxışı və hər paylaşımı erməni mediasında heç bir səbəb olmadan qıcıq doğurur.

Belə ki, ötən gün azərbaycanlı deputatların Avronets PA-nın sessiyalarında Azərbaycanın qələbə ruhuna uyğun davranışları, Ermənistanın bəzi deputatlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarına iddialarının həyasızlıq olması, eyni zamanda Qarabağ münaqişəsinin artıq tarixdə qaldığı və sülh çağırışlarına qarşı erməni mediası xalqın “qəzəblənməməsindən” narahatdır. Üstəlik, azərbaycanlı deputatların qaldığı otelin önündə etiraz aksiyası keçirənlərin sayının azlığı da bəzi erməni siyasiləri narahat edib.

Daha bir “narahatlıq” isə Tahir Mirkişilinin İrəvandakı Qələbə abidəsini ziyarət etməsi ilə bağlıdır. T.Mirkişili İrəvanda Böyük Vətən müharibəsinə həsr olunan abidə-kompleksini ziyarət edərək, tankın önündə şəkil çəkdirib.

“Baxmayaraq ki, tank köhndir, ancaq çox etibarlı texnikadır (1941-45-ci illər parkı, İrəvan)”, – deyə T.Mirkişili çəkdirdiyi fotonu paylaşıb.

Erməni mediası bunu tamamilə fərqli anlayıb və T.Mirkişilinin bu addımını “həyasızlıq” sayıblar.

Əslində, T.Mirkişilinin nə parkı ziyarət etməsində, nə paylaşımında, nə də yazdığı sözlərdə heç bir həyasızlıq yoxdur. Ancaq məsələ burasındadır ki, ermənilər azərbaycanlı deputatların özlərinə inamından xoflanıblar, eyni zamanda, hər addımında erməniləri aşağılayacağını düşünürlər. Bu kompleksə düşdükləri üçün də T.Mirkişilinin İrəvanda məhz Qələbə parkına getməsində rəmzi məna axtarırlar. Eyni zamanda inanırlar ki, T.Mirkişili İrəvanda tank önündən foto paylaşmaqla, hansısa mesaj verir – məsələn, Bakıdakı Zəfər Parkına işarə edir və s.

Erməni paronoyası deputatlarımızı qarabaqara izləyir…

Qeyd edək ki, Azərbaycan deputatları – Avronest PA-nın üzvləri Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədir.

Previous article“Qarabağ”ın matçını izləməyə gələnlərin – Diqqətinə!
Next articleŞuşa və Moskva bəyannamələri: Əsas müttəfiqimiz kimdir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here