Home DİN Xocavənddə xeyli partlayıcı vasitələr aşkarlandı

Xocavənddə xeyli partlayıcı vasitələr aşkarlandı

312
0

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib.

Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Previous articleAzərbaycan ordusunun mövqeləri atəşə tutuldu
Next articleGöyçay sakini küçədə güllələnib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here