Home QHT Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılması məqsədi...

Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılması məqsədi ilə təlimlərə başlanılır

243
0

Sosialxəbər.az xəbər verir ki, “Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılmasina ictimai diqqətin artırılması” layihəsinin icrasına başlamışdır.


Layihənin icrası Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.
Layihənin məqsədi – peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşgullüq imkanlarının artırılmasina ictima diqqətin artırılmasıdır.


Layihə çərçivəsində, peşə təhsili alan və təhsilini başa vurmuş gənclərin özünüməşğulluq və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək və stimullaşdırmaq məqsədilə “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyasının, “Biznes planın hazırlanması” mövzusunda seminarların kecirilməsi və biznes planın hazırlanması üçün“Sərmayə Planı”,“Satiş Proqnozu Planı”,“Tədarük Planı”,“Digər Xərclər”,“Gəlir və Xərclər Planı” alt mövzularında məsləhət xidmətinin təşkili nəzərdə tutulur.


Layihə fəaliyyətləri aşağıdakı əsas tədbirlərdən ibarətdir:
Layihənin mövzusu, məqsəd və vəzifələri haqqında ictimai məlumatlandırma görüşlərinin keçirilməsi
“Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyasının keçirilməsi
“Biznes planın hazırlanması” mövzusunda seminarların kecirilməsi
“Sərmayə Planı”,“Satiş Proqnozu Planı”,“Tədarük Planı”,“Digər Xərclər”, “Gəlir və Xərclər Planı” alt mövzularında məsləhət xidmətinin təşkili
Layihənin uğur nəticələrinin informasiya portallarında və sosial şəbəkələrdə yayımlanması

Layihə fəaliyyətləri nəticəsində peşə təhsili alan və təhsilini başa vurmuş 24 nəfər gənc özünüməşğulluq və sahibkarliq fəaliyyətinin təşkili ilə bağlı bilik və bacarıqlar, praktik vərdişlər əldə edəcəkdir. Onların müstəqil biznes plan hazırlamq bacarıqları artıracaqdırlar. Layihəyə cəlb edilmiş gənclər özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, xusisən biznes planın hazırlanması sahəsində göstəriləcək 32 məsləhət xidmətindən faydalanacaqdır.

Hədəf seçilmiş peşə təhsili müəssisələrinin məzunları və şagirdləri tərəfindən 12 biznes ideya-nın irəli sürülməsi, 8 biznes planın hazırlanması proqnozlaşdırılır.
Əldə ediləcək uğur göstəriciləri özünüməşğulluq və sahibkarlığın inkişafı ilə bağlı həyata keçi-rilən proqramlara əlavə bir töhfə olacaqdır.

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi

Previous articleBakıda “Teatr baharı” festivalı keçiriləcək – FOTO
Next article“Qarabağ”ın matçını izləməyə gələnlərin – Diqqətinə!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here