Home Hadisə Göyçay sakini küçədə güllələnib

Göyçay sakini küçədə güllələnib

992
0

Göyçay sakini küçədə güllələnib.

Sosialxəbər.az bildirir ki, Göyçay rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Previous articleXocavənddə xeyli partlayıcı vasitələr aşkarlandı
Next articleAzərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here