Home Hadisə Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü

Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü

1081
0

Fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürov qətlə yetirilib.

Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, hər iki şəxs iş adamı olub.

Previous articleGöyçay sakini küçədə güllələnib
Next articleXİN məlumat yaydı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here