Home Cəmiyyət Bu gün ilk çərşənbədir

Bu gün ilk çərşənbədir

82
0

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.

Sosialxəbər.az xəbər verir ki, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Previous articleNeft kəskin bahalaşdı
Next articleBakıda bu küçə yenidən qurulur

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here