Home QHT Sumqayıt şəhərində yeni başlanmış layihənin təqdimat mərasimi keçirilib

Sumqayıt şəhərində yeni başlanmış layihənin təqdimat mərasimi keçirilib

259
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Layihənin təqdimat mərasimində psixoloqlar, hüquqşunaslar, KİV və QHT əməkdaşları iştirak etdilər.

Sosialxəbər.az xəbər verir ki, təqdimatı giriş sözü ilə layihə rəhbəri Zenfira Mustafayeva açaraq, layihənin əsas məqsədi haqqında məlumat vermişdir. Tədbirdə layihənin hüquqşunası Ruslan Mustafazadə qadın hüquqları, onların müdafiə mexanizmləri haqqında geniş məlumat verərək iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Zenfira xanım layihə çərçivəsində nəzərdə tutulmuş xidmətlər, layihə benefisiarları, layihənin əhatə edəcəyi çoğrafi ərazi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Layihənin rəhbəri həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışaraq bildirmişdir ki, layihə çərçivəsndə qadın hüquqları haqqında təlimlərin və dəirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.

Zenfira xanım layihə çərçivəsində risk qrupuna daxil olan ailələr üçün pulsuz hüquqi, psixoloji yardımlar göstəriləcəyi, qadın hüquqları barədə Dünya TV Telekanalında TV verlişlərin hazırlanıb nümayiş olunacağı və layihə çərçivəsində icra olunacaq digər xidmətlər barədə geniş danışmışdır.

Sumqayıt şəhərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı və USAİD tərəfindən yaradılmış Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova Təqdimat mərasimində çıxış edərək, Sumqayıt şəhərində belə bir layihənin həyata keçirilməsini təqdirəlayiq hesab etdiyini, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi ilə qadın hüquqlarının müdafiəsi istiqamətində birgə əməkdaşlıq edəcəyini bildirmişdir.

Previous articleDiplomlara tələb azalır, dəyərdən düşür – Rektor
Next articleOrdumuz yenə atəşə tutuldu – Təcili

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here