Home QHT “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-i yeni bir layihənin icrasına başlayıb

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-i yeni bir layihənin icrasına başlayıb

236
0

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” layihəsinin icrasına başlayıb. Belə ki, bu gün Təşkilatın Azərbaycan Nəşriyyatında yerləşən ofisində həyata keçiriləcək layihənin icrasının başlanmasına dair tədbir keçirilib.

Sosialxəbər.az xəbər verir ki, tədbirdə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-inin sədri, eyni zamanda ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” layihəsinin rəhbəri Rövşən Ağamalıyev, Təşkilatın İdarə heyəti üzvləri, media nümayəndələrinin iştirak ediblər. Tədbiri giriş sözü ilə ilə açan Rövşən Ağamalıyev qonaqları salamlayıb, vətən uğrunda canını fəda vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sözügedən layihə haqqında məlumat verən layihə rəhbəri bildirib ki, həyata keçiriləcək ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” layihəsinin əsas məqsədi Azərbaycan dövlətinə dəstək və yaxından kömək etmək məqsədi ilə təbliğatı gücləndirərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti 44 günlük müharibə və döyüşlərdə həlak olan igid Azərbaycan oğulları, onların vətən sevgisi, döyüş şücaətləri barəsində yeniyetmə və gəncləri məlumatlandırmaq və maarifləndirməkdir.

Daha sonra çıxış edən Təşkilatın üzvü Kənan Məmmədov isə qeyd edib ki, qarşıya qoyduqları vəzifələr yeniyetmə və gənclər arasında vətənpərvərlik işinin aparılması, maarifləndirmə və təbliğat işinin təşkil edilməsi və ən əsası Dövlət siyasətinə dəstək verməkdir.

Qeyd edək ki, ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” layihəsinin icrası  cari   ilin fevral ayının 1-dən iyun ayının 1-nə qədər Bakı şəhəri və Quba rayonunu əhatə edəcək. Bu müddət ərzində yeniyetmə və gənclərlə silsilə görüşlər həyata keçiriləcək, vətən uğrunda canını fəda etmiş şəhidlərimiz tanıdılacaq, 44 günlük müharibə və döyüşlərdə həlak olan igid Azərbaycan oğullarına həsr edilmiş kitab hazırlanıb çap olunacaq.

Previous articleSabah Su çərşənbəsidir
Next articleBirinci vitse – prezidentin fəaliyyətinin 5 illiyi münasibəti ilə təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here