Home Təhsil Diplomlara tələb azalır, dəyərdən düşür – Rektor

Diplomlara tələb azalır, dəyərdən düşür – Rektor

1230
0

Universitetlətin müasir şəraitdə üzləşdiyi ən böyük və hətta təhlükəli problemi ondan ibarətdir ki, onlar peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirirlər. Belə ki, universitetlərin ən böyük üstünlüyü verdikləri diplomdur. Diplomlara isə getdikcə tələb azalır, bilik, vərdiş və bacarıq göstəricisi kimi tədricən dəyərdən düşür.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, yaxşı mütəxəssis göstəricisi kimi diplom artıq heç də hər zaman “sübut” deyil:

“Digər çox ciddi problem isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsidir. Ona görə də,​ çox böyük sürətlə dəyişən və qeyri-müəyyənlik səviyyəsi durmadan artan dünyaya universitetlərin uyğunlaşması üçün vahid və dəyişməyən standartlara ehtiyac olmadığını düşünürük. Bu baxımdan hamı üçün vahid, eyni və məcburi olan standartlar əsasında ali təhsilin ciddi inkişafına ümid bəsləmək yanlışdır. Və vaxt limiti isə böyük deyil”.

Previous articleİlham Əliyev Dudaya məktub göndərdi
Next articleSumqayıt şəhərində yeni başlanmış layihənin təqdimat mərasimi keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here