Home DİN Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

70
0

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon sakini Z.Təhməzovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Previous articleAvtoşluq edib videolarını Tik-Tokda paylaşdı: həbs edildi
Next articleXəzər dənizində zəlzələ olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here