Home QHT “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

234
0

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gəncə şəhərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin fevral ayından icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az-a Birliyin sədri, layihə rəhbəri Rövşən Novruzov məlumat verib. Onun sözlərinə görə,

Layihənin əsas məqsədi – Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsidir

Layihə çərçivəsində 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Layihənin 3 ay müddətində davam edəcək.

Previous article“Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” layihəsinin icrasına başlanılıb
Next articleAvtoşluq edib videolarını Tik-Tokda paylaşdı: həbs edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here