Home QHT “20 Yanvar” İB-i yeni bir layihənin icrasına başlayıb

“20 Yanvar” İB-i yeni bir layihənin icrasına başlayıb

234
0


Sosialxəbər.az xəbər verir ki, “20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir. “20 Yanvar” İB-in sədri Sultan Əzimzadə qeyd edib ki, gənclərimiz arasında vətənpərvərlik hissləri yeterincə vardır, bu özünü ən son 44 günlük Vətən müharibəsində göstərdi, lakin bu yönümdə davamlı olaraq təbliğat və maarifləndirmə işlərinin görülməsi vacibdir. Vətən naminə çalışan, milli mənafeni hər şeydən üstün tutan, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın adı daim əziz tutulmalı, qəlblərdə yaşamalıdır. Bu insanların nəsillərə nümunə olan şərəfli həyatı, vətən üçün fədakarlığı gənclərimizə miras olaraq çatdırılmalıdır, onlar daim yaşadılmalıdır.
Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər baş leytenant Yaqublu Əliqismət Mükafat oğlu, kiçik gizir Zeynallı Aqil Aydın oğlu, əsgər Hüseynov Mahir oğlu, əsgər Babazadə Ülfət Qabil oğlu, əsgər Nurzalıyev Elməddin Səfər oğlu, baş gizir Əhmədov Ceyhun Məlikşah oğlu, Şahbazov Elnur Qədir oğluna həsr olunacaq. Belə ki, sözügedən layihənin icrası 2022-ci ilin fevral ayının 1-dən iyun ayının 1-nə qədər Lerik, Sabirabad, Biləsuvar, Lənkəran, Hacıqabul, Sumqayıt və Bakı şəhəri Yeni Suraxanı regionlarını əhatə edəcək.

Previous article“İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Next articleƏlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir təşkil olunacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here