Home QHT Sumqayıtda Xocalı Soyqırımının 30 cu il dönümü ilə bağlı tədbir keçirildi

Sumqayıtda Xocalı Soyqırımının 30 cu il dönümü ilə bağlı tədbir keçirildi

176
0

Sosialxəbər.az xəbər verir ki, 18 fevral 2022-ci il tarixində Sumqayıt şəhəri Gənclər evində Xocalı Soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçirildi.

01 fevral 2022-ci il tarixindən “Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri, layihə rəhbəri Səbinə Kərimova bu il Xocalı soyqırımının 30-cu il dönümüdür və bununla bağlı ölkəmizdə bir çox tədbirlər planlaşdırılır. 30 il qan yaddasımız olan Xocalı ilə bağlı regionlarda yaşayan yeniyetmə və gənclərə Xocalı soyqırımı hadisələri haqda ətraflı məlumat vermək və Xocalı faciəsini udulmaması üçün gənclər arasında təbiğatın aparılmasıdır.

30 il əvvəl Xocalı da baş vermiş bu faciə unudulmamalı və ermənilərin törətdikləri bu vəhşilik gənclərin beyninə həkk olunmalıdır.

Tarix boyu ermənilərin xalqımıza qarşı törətdikləri terror davam etməkdədir. Biz unutduqca onlar daha böyük cinayətlər törədir. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı.. Bunun üçün biz keçmişi unutmamalıyıq.

Yeniyetmə və gənclər dünya arenasına inteqrasiya edəndə artıq Xocalı ilə bağlı yetərincə məlumatları olmalıdır ki, onlar bizim səsimizi dünyaya çatdırsınlar. Ona görə biz bu gün məhz bu təbliğatı yeniyetmə və gənclər arasında daha dərindən aparırıq.Çünnki onlar bizim səsimizdir.

Layihədə Sumqayıt şəhərindən əlavə Xızı rayonunda da bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə gənclər üçün Xocalı abidəsinə ziyarət və Xocalı soyqırımı ilə bağlı “Xocalı Günü” adlı əlilliyi olan yaradıcı gənclərin əl işlərindən ibarət sərgisi təşkil olunacaq.

Layihə 4 ay müddətində Sumqayıt şəhəri və ətraf rayonlarda keçirilməsi nəzərdə tutulub deyə qeyd etdi.

Tədbirdə Sumqayıt şəhər icra hakimyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov Xocalı soyıqırmı və ermənilərin törətdikləri cinayətlərdən danışdı., Tədbirin eksperti Ramil Süleymanov Xocalı faciəsi və Azərbaycan tarixində ermənilər tərəfindən törədilən məkirli planlar barədə ətraflı məlumat verdi. Sonra Xocalı sakini, Milli Qəhrəman Tofiq Hüseynovun qardaşı qızı, atasını və doğmalarını Xocalı qətliamında itirən Samirə Hüseynova yaşadığı o gecədən danışdı və yaşadıqlarını heç vaxt unutmayacağını qeyd etdi.

Bundan əlavə QHT-rəhbərləri Mətanət Əsgərqızı, Zenfira Musatafyeva, Qarabağ Qaziləri Hikmət Məmmədov və Həsən Yaqubov öz çıxışlarında Xocalı ilə bağlı fikirlərini gənclərlə bölüşdülər. Tədbirin sonunda Xocalı bir millətin kədədri sənədli film nümayiş olundu.

Previous articleXaçmazda qadın su çəninə düşərək öldü
Next article“İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here