Home QHT “İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“İnkişaf və Rifah Naminə” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

205
0

“İnkişaf və Rifah Naminə” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə  “İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. 
Layihəninin əsas məqsədi işğaldan azad edilən ərazilərdə könüllü və sürətli məkunlaşma siyasətinin dəstəklənməsi, bu istiqamətdə mövcud olan narahatlıqların qərarverməyə təsirinin azaldılmasıdır.
Layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində seçilmiş 2 rayonda (İmişli və Füzuli rayonları) maarifləndirici xarakterli görüş keçiriləcəkdir. Hər tədbirdə ən az 20 qaçqın statusu olan vətəndaş təmsil olunacaqdır. Görüşün birinci hissəsi marifləndirici materialın təqdimatı ilə, ikinci hissəsi isə müzakirələr və ünvanlanan sualların cavablandırılmasından ibarət olacaqdır. Layihə 3 ay davam edəcəkdir. 

Previous articleSumqayıtda Xocalı Soyqırımının 30 cu il dönümü ilə bağlı tədbir keçirildi
Next article“20 Yanvar” İB-i yeni bir layihənin icrasına başlayıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here