Home Qarabağ Şuşada xanlıq dövrünə aid abidə aşkarlandı

Şuşada xanlıq dövrünə aid abidə aşkarlandı

322
0

Şuşada Qarabağ xanlığı dövrünə aid olan yeni abidə aşkarlanıb.

Sosialxəbər.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Şuşa-270: Arxelogiyası, tarixi, etnoqrafiya və antropologiyası adlı respublika elmi konfransında çıxış edərkən deyib.

“Fevralın 5-də məlumat aldıq ki, Şuşa şəhərində otel binası tikilərkən oradan tikinti qalıqları aşkarlanıb. Təcili olaraq ora əməkdaşlarımızı ezamiyyətə göndərdik. Orada arxeoloji qazıntı işləri aparılıb. Tikinti dərhal saxlanılıb. Tədqiqat işləri zamanı məlum olub ki, orada çirkli suların axması üçün borular aşkarlanıb. Bu gün isə bizə yenidən tapşırıq verildi ki, yenə də qazıntı işləri davam etdirilsin. Həmin abidə Qarabağ xanlığının dövrünə aid olan abidədir. Gələcəkdə planlaşdırırıq ki, abidənin üstü açıldıqdan sonra orada tikilən otelə gələn qonaqlar şüşə vasitəsilə onu görə bilsinlər”, – o vurğulayıb.

Previous articleManaf Ağayev həbs edildi
Next articleŞagirdlərin telefonları yığılacaq? – Rəsmi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here