Home Təhsil Şagirdlərin telefonları yığılacaq? – Rəsmi

Şagirdlərin telefonları yığılacaq? – Rəsmi

1232
0

Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir.

Sosialxəbər.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir:

“Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”.

Previous articleŞuşada xanlıq dövrünə aid abidə aşkarlandı
Next articlePrezidentdən hərbi xidmətə çağırışla bağlı – Sərəncam

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here