Home QHT Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb

109
0

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda miqrasiya sahəsində cari vəziyyət, Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın gələcək perspektivləri və 2022-ci  ilin birinci yarımili ərzində planlaşdırılan birgə layihələr, həyata keçiriləcək tədbirlər müzakirə olunub.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il İctimai Şura üzvləri tərəfindən görülmüş işlər barədə məlumatları təqdim edib.

Görüşün sonunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX yanında İctimai Şuranın sədri Azər Allahverənovu 50 illik yubileyi münasibətilə təbrik edib, qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında səmərəli əlaqələrin qurulmasına yönəlik uğurlu fəaliyyətini,  xüsusilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yaradılmasında və əldə olunan uğurlarda onun rolunu yüksək qiymətləndirib.

Səmimi təbrikə və DMX yanında İctimai Şuranın fəaliyyətinə göstərdiyi dəstəyə görə Xidmət rəisinə təşəkkür edən A.Allahverənov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına və milli maraqların qorunmasına istiqamətlənmiş fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəyini söyləyib.

Sonda xatirə şəkli çəkilib.

Previous articleTərtərdə mina partlaması: AAYDA əməkdaşları xəsarət aldı
Next articleİstedadlı Əlillər İctimai birliyi İcra Başçısı ilə görüşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here