Home Cəmiyyət “Veysəloğlu” barəsində iş qaldırıldı

“Veysəloğlu” barəsində iş qaldırıldı

249
0

2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

Sosialxəbər.az xəbər verir ki, qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb. Dövlət Xidməti tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, Veysəloğlu MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti Veysəloğlu MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barəsində qanunamüvafiq tədbir görüləcək.

Previous articleBərdə sakinindən narkotik götürüldü
Next articleNazirlik Şəmkirdə viran qalan qəsəbəni nəzarətə götürəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here