Home İdman Tanınmış cüdoçumuz koronaya yoluxdu

Tanınmış cüdoçumuz koronaya yoluxdu

1297
0

Azərbaycanın kişilərdən ibarət milli yığma komandası İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün adıçəkilən ölkəyə yola düşüblər.

Sosialxəbər.az xəbər verir ki, səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından PCR testi götürülüb. Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüblər.

BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Təl Əviv şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrin nümayəndələrindən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda PCR testi nəticəsi neqativ çıxan iki idmançımız, Rüstəm Orucov və Murad Fətiyevdə bu dəfə testin nəticəsi pozitiv çıxıb.

BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda təcrid edilirlər. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri İsrail Dövlətinin qaydalarına əsasən 5 günlük karantinə alınıblar.

Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası idmançılarımızın müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Previous articleNazir “Qarabağ”ın oyununu canlı izləyəcək
Next articleŞahin Mustafayev Overçukla görüşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here