Home Cəmiyyət Nazirlik Şəmkirdə viran qalan qəsəbəni nəzarətə götürəcək

Nazirlik Şəmkirdə viran qalan qəsəbəni nəzarətə götürəcək

228
0

Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən tarixi alman tikililəri dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.

“Sözügedən tikililərin tarixi abidə qismində qeydə alınması məsələsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində nəzərdən keçiriləcək”, – qurum rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi Şəmkir rayonunun Çinarlı qəsəbəsində viran qalmış tarixi alman tikililərinin mühafizəsi ilə bağlı Mədəniyyət Nazirliyinə çağırış etmişdi.

Previous article“Veysəloğlu” barəsində iş qaldırıldı
Next articleNazir “Qarabağ”ın oyununu canlı izləyəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here