Home Qarabağ Ermənistan Azərbaycanla saziş imzalamaq istəyir

Ermənistan Azərbaycanla saziş imzalamaq istəyir

183
0

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, – Paşinyan bildirib.

N.Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək:

“Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.

Previous articleDGK-nın mülki işçilərinin maaşları artırıldı
Next articleSumqayıtda ictimai dinləmələr keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here