Home Hadisə Kürdəmirdə maşın qəzası: iki kənd işıqsız qaldı

Kürdəmirdə maşın qəzası: iki kənd işıqsız qaldı

1132
0

Kürdəmirdə avtomobil qəzası nəticəsində bir nəfər yaralanıb, iki kənd işıqsız qalıb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMV markalı avtomaşının sürücüsü 27 yaşlı Məmmədov Elçin Rauf oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı işıq dirəyi aşıb və həmin istiqmətdə rayonda yerləşən Aqroparka və Ərşəli kəndinə gedən elektrik enejisinin verilişində fasilələr yaranıb.

Hazırda işıq xəttinin bərpa edilməsi istiqamətində işlər davam edir.

Hadisə zamanı avtomobildə olan sərnişin Qaradağ rayon sakini 19 yaşlı Abasov Nicat Səxavət oğlu müxtəliuf dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Previous articleAzərbaycanda vəzifəli şəxs qəfildən vəfat etdi
Next articleFüzulidə ermənilərin atıb qaçdığı silah-sursat…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here