Home Sağlamlıq Xəstədən sığortadan əlavə pul alınır – Cavab şok etdi

Xəstədən sığortadan əlavə pul alınır – Cavab şok etdi

397
0

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlər icbari tibbi sığorta qaydalarından şikayət edirlər. Həkimlər bildirirlər ki, sığorta ilə işləmək onlara sərf etmir. Bəzi həkimlər xəstəyə sığorta ilə etdikləri əməliyyata görə əlavə pul alırlar. Məsələn, əməliyyatın 5 minə başa gəldiyini, bunun 2500-nü sığortanın ödədiyini deyib, əlavə 2500 manatı nəğd şəkildə tələb edirlər.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətindən verilən açıqlamada isə xüsusilə cərrahların fantastik dərəcədə yüksək əmək haqqı aldığı bildirilib. Qeyd edilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların əmək haqqı “Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun müəyyənləşdirilir:

“Qaydaya əsasən bütün həkimlər Vahid Tarif Cədvəlinə görə 300-979 manat arasında əmək haqqı alırlar. Həkimlərə aylıq sabit əlavə və ya işin kəmiyyətinə görə bonus maaş ödənilir. Qaydaya əsasən sözügedən həkimlər arasında yüksək məbləğdə həvəsləndirici əlavə alanlar da var. Məsələn, ümumi cərrah 21 642 manat, oftalmoloq 12 329 manat, mama-ginekoloq 9195 manat, həkim-radioloq 5312 manat məbləğində aylıq həvəsləndirici əlavə alıb”.

Qeyd olunub ki, həkimlərə sağlamlıq üçün, xüsusilə təhlükəli və ağır olan əmək şəraitinə, ixtisas dərəcəsinə, fasiləsiz əmək stajına, əmək şəraitinin xüsusiyyətlərinə, işin gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə və digər hallara görə də əlavələr hesablana bilər:

“Həkimlərə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru dərəcəsinə görə isə 40 manat məbləğində əlavə ödənilir. Qaydaya edilən dəyişikliyə əsasən, 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan 470-dən çox işçinin aylıq vəzifə maaşına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə uyğun 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat aylıq əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir. Baş elmi işçinin aylıq maaşı 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. 400 manat əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir. Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur”.

Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlər, o cümlədən cərrahi əməliyyatlar Xidmətlər Zərfi ilə təminata alınıbsa, tibbi xidmətin dəyəri Agentlik tərəfindən tibb müəssisəsinə ödənilir:

“Vətəndaş göndəriş əsasında müqaviləli tibb müəssisələrinə müraciət etdikdə tibbi xidmətin dəyəri Agentliyin vəsaiti hesabına həyata keçirilir. Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinin elektron sistemində mövcuddur və hər bir tibb müəssisəsinin daxili qaydaları ilə tənzimlənir. Bu zaman vətəndaş rəsmi şəkildə ödəniş etməklə tibbi xidmətlərdən yararlana bilir”.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinə ödənilən əlavələrlə bağlı linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.

Previous articleSumqayıtda Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçiriləcək
Next articleAzərbaycanda oğul atasını güllələyərək öldürdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here