Home Cəmiyyət Sürücülərə şad xəbər: bu cərimələri ləğv etdirə bilərsiniz – Video

Sürücülərə şad xəbər: bu cərimələri ləğv etdirə bilərsiniz – Video

143
0

İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyinin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi?

Sosialxəbər.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Xəzər Xəbər”ə deyib ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir.

Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər.

Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.

Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.

Previous articleYaxın gələcəkdə sahibkarların Qarabağa sərmayə qoyuluşu qaçılmazdır
Next articleKeçmiş məhkum “Kalaşnikov”la saxlanıldı – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here