Home Qarabağ Qarabağda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır

Qarabağda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır

152
0

Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə digər obyektlərlə yanaşı, səhiyyə sistemi infrastrukturu da tam dağılıb və ya yararsız vəziyyətə gətirildiyindən, əhalinin tibbi yardımla təmin olunması üçün müvafiq infrastrukturun yaradılmasının mərhələli şəkildə aparılması nəzərdə tutulur:

“İlkin olaraq Şuşada tikiləcək 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının müsabiqədə bəyənilmiş eskiz layihəsi əsasında 8 noyabr 2021-ci il tarixdə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən təməlqoyma mərasimi keçirilib. Hazırda 90 çarpayılıq Şuşa və 150 çarpayılq Cəbrayıl Rayon Mərkəzi xəstəxanalarının işçi layihələri hazırlanır.

Fevralın 13-də isə Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib. Əhalinin qayıtdığı şəhər və kəndlərdə ailə həkimi məntəqələri və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması da nəzərdə tutulur”.

Previous articleKeçmiş məhkum “Kalaşnikov”la saxlanıldı – Video
Next articleMM-də Zəngəzur dəhlizi müzakirə olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here