Home Dünya Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarıldı

Kərimovanın 131 milyon dolları Özbəkistana qaytarıldı

206
0

Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 131 milyon dollarlıq vəsaiti ölkəyə qaytarılır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.

“2022-ci il fevralın 11-də İsveçrə və Özbəkistan nümayəndələri danışıqların raundu keçiriblər. Hazırda təqribən 131 milyon ABŞ dolları geri qaytarılmağa hazırdır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.

Previous articleNeft bahalaşdı
Next articleYaxın gələcəkdə sahibkarların Qarabağa sərmayə qoyuluşu qaçılmazdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here