Home QHT Sumqayıtda Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçiriləcək

Sumqayıtda Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı tədbir keçiriləcək

361
0

“Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Bu barədə Sosialxəbər.az -a ƏSMİD ictimai birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə bu il Xocalı soyqırımının 30-cu il dönümüdür və bununla bağlı ölkəmiz də bir çox tədbirlər planlaşdırılır. Bizim də layihəmizin əsas məqsədi regionlarda yaşayan yeniyetmə və gənclərə Xocalı soyqırımı hadisələri haqda ətraflı məlumat vermək və Xocalı faciəsini udulmaması üçün gənclər arasında təbiğatın aparılmasıdır.

Bundan əlavə Xocalı soyqırımı ilə bağlı “Xocalı Günü” adlı əlilliyi olan yaradıcı gənclərin əl işlərindən ibarət sərgisini təşkil etməkdir.
“Xocalı” soyqırımı ilə bağlı ilk tədbir 18 fevral 2022-ci il saat 12: 00- da Sumqayıt şəhəri Gənclər evində təşkil olunacaq. İştirak etmək istəyən hər bir şəxs dəvətlidir deyə vurgulayıb.
Qeyd edək ki, layihə 4 ay müddətində Sumqayıt şəhəri və ətraf rayonlar da keçirilməsi nəzərdə tutulub.

Previous articleBDU-nun bu tələbələri təhsil xərcindən azad olundu
Next articleXəstədən sığortadan əlavə pul alınır – Cavab şok etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here