Home QHT QHT qazilər üçün səyahətlər təşkil edəcək

QHT qazilər üçün səyahətlər təşkil edəcək

268
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini icra edəcək.
Layihə 3 ay, fevral-may aylarında icra olunacaq. Layihə Vətən müharibəsində iştirak edən  qazilərə psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Qeyd edək ki, onların cəmiyyətə  adaptasiya olunaraq  gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkili önəmlidir. Layihənin məqsədi Vətən müharibəsində iştirak edən  qazilərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, aktivliklərini artırmaq və diqqətləri onların üzərinə  yönəltməkdir. Həssas qrupların  da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyi layihənin   məqsədləri sırasına aiddir. Məqsədlərə çatmaq üçün yerinə yetiriləcək vəzifələrə bunlardır-Vətən müharibəsində iştirak edən  qazilərə üçün Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili:
1. İsmayıllı. Görməli və tarixi yerləri gəzmək və psixoloji söhbətlər.
2.Bakı şəhərində olan tarixi yerlərə səyahət və psixoloji söhbətlər.“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində gəzintilərdə səhər ,günorta yeməyi və  çay-kofe, şiriniyyat stolu düzənlənəcək.

Previous articleƏsgər Ailələrinə Dəstək ictimai birliyi yeni layihənin icrasına başlayır
Next articlePensiya alanların nəzərinə!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here