Home Qarabağ Qarabağ minalardan belə təmizlənir – Video

Qarabağ minalardan belə təmizlənir – Video

154
0

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddət ərzində 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9012 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Previous articleTovuzda yarımstansiya yanır
Next article77 halda qəza-xilasetmə əməliyyatı həyata keçirilib – FHN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here