Home Hərbi 77 halda qəza-xilasetmə əməliyyatı həyata keçirilib – FHN

77 halda qəza-xilasetmə əməliyyatı həyata keçirilib – FHN

1291
0

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 76 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Sosialxəbər.az bildirir ki, FHN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən paytaxtın Nizami rayonunda 1932-ci il təvəllüdlü Soltan Muxtar qızı Mənsurovanın meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Previous articleQarabağ minalardan belə təmizlənir – Video
Next articleBDU-nun bu tələbələri təhsil xərcindən azad olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here