Home QHT Əsgər Ailələrinə Dəstək ictimai birliyi yeni layihənin icrasına başlayır

Əsgər Ailələrinə Dəstək ictimai birliyi yeni layihənin icrasına başlayır

246
0

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasına başlayır. 
“Vətən Müharibəsində qələbəmizin təbliği ” layihəsi 3 ay müddətinə icra olunacaq. Sözsüz ki, mövzu Vətən Müharibəsi qəhrəmanlarını tanıtmaqdır. Məqsəd həm də  44 günlük müharibədə həlak olan Bakı, Mingəşevir şəhərlərindən, Tərtər, Ağdam rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməklik etmək, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir. Yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün o ailələrlə görüşlərin təşkilidir. Vətəndaşlarımız arasında şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail olmaqdır.
Hələ də Vətən Müharibəsinin naməlum qəhrəmanları çoxdur. Onları tanıtmaq, həyat yolu, qəhrəmanlığı layihədə iştirak edəcək gənclərimizə böyük nümunədi.  Əsas məsələlərdən biri həm də şəhid ailələrinin qaldıracaqları problemlərin həllində kömək etməkdir. Hər rayonda könüllü gənclərlə Şəhidlər xiyabanını ziyarət etmək, orada gənclərlə iməclik keçirmək həmçinin şəhid ailələrində görüşlərə başlamaq, ehtiyacı olanlara da , yaşlı və  yeganə oğlunu itirən şəhid ailəsində iməclik keçirmək, qazilərlə söhbətlər 

Previous articleBakı və Sumqayıt şəhərində təlimlər keçiriləcək
Next articleQHT qazilər üçün səyahətlər təşkil edəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here