Home QHT Vətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək layihəsi icra ediləcək

Vətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək layihəsi icra ediləcək

100
0

Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi tərəfindən “Vətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək” layihəsi icra ediləcək. “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Vətən müharibəsi qazilərinə dəstək məqsədi ilə icra ediləcək layihə 2022-ci ilin fevral-iyun aylarını əhatə edəcək.

Layihə çərçivəsində tədbirlər Şəki, İmişli, Oğuz, Qəbələ, Beyləqan və Füzuli rayonlarında keçiriləcək.

Layihənin məqsədi Vətən müharibəsi zamanı yaralanmış qazilərin sosial-psixoloji dəstək tədbirlərinə cəlb etməklə, problemlərinin həllinə yardımçı olmaqdır. Layihənin icra olunacağı bölgələrdə sosial-psixoloji yardıma ehtiyacı olan qazilər müəyyənləşdiriləcək, onlarla ilkin görüşlər keçiriləcək. Toplanmış məlumatlar əsasında qruplaşma aparılacaq, layihənin işçi heyət müəyyən ediləcək və qazilərə yardım edilməsi üçün ekspert, hüquqşunas və psixoloq cəlb ediləcək.

Görülmüş işlər və keçirilmiş görüşlərlə bağlı məlumat KİV və sosial şəbəkələrdə paylaşılacaq.

Layihə nəticəsində Vətən müharibəsi iştirakçılarına dəstək məqsədi ilə keçirilən tədbirlərə dəstək olacaq.

Previous articleGənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri təşkil olunacaq
Next articleBakı və Sumqayıt şəhərində təlimlər keçiriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here