Home QHT Bakı və Sumqayıt şəhərində təlimlər keçiriləcək

Bakı və Sumqayıt şəhərində təlimlər keçiriləcək

207
0

Sosialxəbər.az xəbər verir ki , Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin “Hər kim 100 il yaşamsa günah onun özündədir, Sağlam yaşa, 100 yaşa” layihəsinin icrasına start verilmişdir.


Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində dörd ayrı qrupa sağlam həyat tərzi ilə bağlı təlim keçilməsi nəzərdə tutulmuşdur.
Layihəyə HEALTHWAY (Sağlam həyat tərzi) komandası təşkilati dəstək göstərir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:
Sağlam həyat tərzinin qaydaları;
Düzgün qidalanma;
Düzgün yuxu rejimi;
Gündəlik tövsiyyə edilən hərəkətlər;
Erkən müayinə;
Biblioterapiyanın (kitab oxumaq) faydaları;
Fitoterapiya (bitkilərdən həyatımızda düzgün istifadə);
Artterapiyanın faydaları;
Aromaterapiyanın faydaları;
İnsanlarla düzgün münasibət və stresdən uzaq olmağın yolları;
Stresin idarə olunması;
Büdcənin idarə olunması;
Depressiya hallarının erkən müdaxilə ilə qarşısının alınması;
Yalnış həyat tərzinin insanlarda en çox yaratdığı, sürətlə artmaqda olan xəstəliklər və onlarla mübarizə;
Sağlam mühitin yaradılması;
Telefonun verdiyi fəsadlar və təlefon alüdəçiliyinin aradan qaldırılması;
Siqaret, içki və narkomaniyanın zərərləri və iradənin idarə olunması;
Təbiəti qoru çünki sən onun bir hissəsisən;
Yaşılı seç;
Sağlam düşünmək;
Sağlam qərar vermək;
Sağlam münasibətlər qurmaq;


Sağlam təfəkkürə sahib olmağın insan həyatında rolu.Təlimlər Bakı və Sumqayıt şəhərində həyata keçiriləcək.
Təlim iştirakçılarına iştirakçı sertifikatı təqdim ediləcəkdir.
Təlimdə iştirak tam ÖDƏNİŞSİZDİR!
İştirak etmək istəyənlər ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər.
@healthway.az
Tel: 051-291-72-25

Previous articleVətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək layihəsi icra ediləcək
Next articleƏsgər Ailələrinə Dəstək ictimai birliyi yeni layihənin icrasına başlayır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here