Home QHT Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri təşkil...

Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri təşkil olunacaq

291
0

“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili”layihəsinin icrasına başlayır.

Bu barədə Sosialmedia.az-a ictimai birliyin mətbuat xidmətindən bildirilib. Layihənin əsas məqsədi gənclər arasında ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.

Layihənin 3 ay müddətində Sumqayıt şəhəri, Xızı ,Siyəzən və Xaçmaz rayonlarında keçirilməsi planlaşdırılır.

Layihə rəhbəri Surxay Şəmsivaridir.

Previous articleÇin parlamentinin sədri Sahibə Qafarovaya məktub göndərdi
Next articleVətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək layihəsi icra ediləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here