Home DİN DİN xadimənin qətli barədə məlumat yaydı

DİN xadimənin qətli barədə məlumat yaydı

163
0

Daxili İşlər Nazirliyi (DİN) dünən İsmayıllıda orta məktəbdə baş verən qətl barədə məlumat yayıb.

Sosialxəbər.az bildirir ki, DİN-dən Axar.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə fevralın 11-də saat 9 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb

İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Previous articleBakıdakı Formula1-in proqramı açıqlandı
Next articleBakıda hərbi sursatlar tapıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here