Home DİN Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

292
0

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon sakini N.Əzizovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Previous articleAzərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində) layihəsinin icrasi ilə bağlı
Next articleBakıdakı Formula1-in proqramı açıqlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here