Home Qarabağ Bu bayramda Şuşaya avtobus reysləri hər gün olacaq

Bu bayramda Şuşaya avtobus reysləri hər gün olacaq

202
0

Vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, biletlər artıq satışa çıxarılıb.

Bundan başqa, nazlik bəyan edib ki, yanvarın 24-dən bəri Şuşa və Ağdama 27 reys həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı-Şuşa-Bakı və Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.

Bakı-Şuşa-Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır. Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.

Previous article“Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İB-i yeni bir layihənin icrasına başlayıb
Next articleSumqayıt Şəhərində mədəniyyət forumu keçiriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here