Home DİN Azərbaycanda cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Azərbaycanda cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

288
0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Previous articleAzərbaycanda tələbələr dəm qazından zəhərləndi
Next articleApteklərdə bu dərmanlar niyə yoxa çıxıb? – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here