Home DİN Yaşayış yerlərini tərk edən korona xəstələri aşkarlandı

Yaşayış yerlərini tərk edən korona xəstələri aşkarlandı

238
0

Kürdəmir və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini M.Əliyevə COVİD-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini N.Adışov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Previous articleErmənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev
Next articleBakıda məktəb koronavirusa görə bağlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here