Home Hadisə Salyanda mağazaya bıçaqlı basqın: xəsarət alan var

Salyanda mağazaya bıçaqlı basqın: xəsarət alan var

796
0

Salyan Rayon Polis Şöbəsinə fevralın 9-da şəhər ərazisindəki marketlərdən birinə gəlmiş naməlum şəxsin oranın sahibi, şəhər sakini A.Cəfərovu bıçaqla hədələyərək 2000 manat pul tələb etməsi və ona xəsarət yetirməsi barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

A.Cəfərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ş.Ağamalıyev saxlanılıb. Bu zaman o, bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib.

Dərhal polis əməkdaşları tərəfindən o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Previous articleZakir Həsənov Ümumqoşun Təlim Mərkəzində – Video
Next articleBayramov Qarabağdakı kütləvi məzarlıqlardan danışdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here