Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

220
0

Qanları ilə tarix yazan igidlərimizdən biri, vətən müharibəsində şəhidi, Azərbaycan Ordusunun əsgəri, Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 128-ci günündə şəhid olub. Tacəddin İsmayılzadə fevralın 13-də Sumqayıtşəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyeva

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyeva

Previous articleŞanlı Zəfər tariximiz qürur mənbəyimizdir adlı layihə icra ediləcək
Next articleMən bu rəzalətə görə üzr istəyirəm…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here