Home QHT Şəhidlər haqqında film hazırlanacaq

Şəhidlər haqqında film hazırlanacaq

112
0

Sosialxəbər.az xəbər verir ki, “Dünyəviliyin və Maarifpərvərliyin” Təbliğinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlayır.

“Üçrəngli göy qurşağı” adlı layihənin icrası fevral- may aylarını əhatə edəcək. Layihə çərçivəsində hazırlanacaq filmin çəkilişləri Mingəçevir şəhərində aparılacaq.

Layihənin məqsədi Vətən müharibəsi zamanı şəhid olan üç  qəhrəman soydaşlarımız haqqında sənədli film çəkərək onların daim yaşadılmasıdır.

Layihə çərçivəsində Mingəçevir şəhərinə səfər ediləcək, orada Vətən müharibəsi zamanı şəhid olmuş üç soydaşımız haqqında film çəkiləcək. Hazırlanmış material şəhid ailələrinin iştirakı ilə ictimaiyyətə təqdim ediləcək.

Layihənin icrası nəticəsində Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş daha üç şəhidimiz haqqında sənədli film çəkilmiş olacaq. İctimaiyyət igid soydaşlarımızı daha yaxından tanıyacaq və onların şücayəti haqqında məlumat alacaq. Məktəblilər onlarla eyni təhsil ocağında oxumuş iki nəfəri və hazırda həmin məktəbdə təhsil alan məktəbli yoldaşlarının atası haqqında daha ətraflı məlumat alacaq, onları yaxından tanıyacaq.

Film KİV və sosial şəbəkələrdə paylaşılacaq.

Previous articleKonflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi yaradılacaq
Next articleŞanlı Zəfər tariximiz qürur mənbəyimizdir adlı layihə icra ediləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here