Home QHT Konflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi yaradılacaq

Konflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi yaradılacaq

276
0

Sosialxəbər.az xəbər verir ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi “Konflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi” adlı layihənin icrasına başlayıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

“Konflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi” layihənin icrası 2022-ci il fevral- iyun aylarını əhatə edəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlər Bakı və Ağdam şəhərlərini əhatə edəcək.

Layihənin keçirilməsində məqsəd müharibə şəraitində yaşayan və konflikt ölkələrlə bağlı informasiya mübadiləsi aparmaqdır. Hər bir ölkənin media qurumu və ya fərdi jurnalist baş verən ən son hadisə ilə bağlə infoşəbəkəyə informasiya ötürür və sanki birinci mənbə rolunu oynayırlar.

Layihə çərçivəsində müharibə şəraitində yaşayan, konflikt ölkələrdən olanjurnalistlərlə əlaqə saxlanacaq, onların İnformasiyaŞəbəkəsinə qoşulması üçün danışıqlar aparılacaq. İnformasiyaşəbəkəsinin rolu, məqsədi və gözlənilən nəticələri ilə bağlıməlumat veriləcək. Jurnalistlərin fəaliyyət göstərdikləriölkələrinin həqiqətlərinin çatdırılmasında onun rolu müzakirəediləcək. Daha sonra İnformasiya Şəbəkəsinə qoşulmuş jurnalistlərin iştirakı ilə Bakıda konfrans keçiriləcək. Yekunda konfrans iştirakçılarının Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil olunacaq. Onlar 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərdə törədilən vandalizm aktlarının şahidi olacaq, eyni zamanda bərpa-quruculuq işləri ilə yaxından tanış olacaq.

İnformasiya Şəbəkəsi həm də media sahəsində praktik və nəzəri biliklərin artması  üçün bir hədəf rolunu oynayacaq. Geniş montorinqlər, hesabatlar  aparılacaq, faktların yayılması yolları müzakirə ediləcəlir. Nəticədə informasiya mübadiləsinin miqyası genişlənəcək.

Previous article“Azərbaycan Dəmir Yolları”nın əməkdaşları saxlanıldı
Next articleŞəhidlər haqqında film hazırlanacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here