Home Qarabağ Ermənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev

Ermənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev

254
0

Ermənistanın Qarabağda işğal dövründə həyata keçirdiyi siyasət etnik millətçiliyə əsaslanan barbarlığın qarışığıdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a müsahibəsində rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

“Erməni mədəniyyətinə, erməni ənənəsinə aid olmayan hər şey təhqirə və ya məhvə məruz qalıb. Onların məntiqinə görə, azərbaycanlılar, daha geniş şəkildə desək, bütün türklər vəhşi köçəri, hörmətə layiq olmayan köksüz barbar, ikinci dərəcəli insanlardır”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, buna əmin olmaq üçün erməni millətçiləri ilə Feysbuk və digər sosial şəbəkələrdə ünsiyyət qurmaq kifayətdir:

“Qarabağda donuzxanaya çevrilən məscidlər artıq bütün sərhədləri keçmək deməkdir. Ateist ideologiyasının mahiyyətini heç vaxt gizlətməyən kommunistlər də belə etməyi ağıllarından keçirməmişdilər. Mən özüm müsəlman deyiləm, amma mən və dostlarım, həm xristian, həm də Kazan və Ufadan olan müsəlmanlar tamamilə şokda idik. Bu kadrlar Rusiyanın federal kanallarında göstərilsəydi, o zaman Rusiyada ictimai rəy mütləq Bakının tərəfində olardı”.

Razuvayev hesab edir ki, bu mövzu dünyada fəal şəkildə təbliğ edilməlidir, çünki təkcə Rusiyada deyil, beynəlxalq aləmdə media sahəsi erməni diasporunun güclü təsiri altındadır:

“Düşünürəm ki, ermənilər Qarabağın heç vaxt Azərbaycana qayıtmayacağına, əbədi onlarda qalacağına inanırdılar. Ümumiyyətlə, bu, ləyaqətsizlikdir: əsl döyüşçü həmişə başqasının inancına hörmət edir, hətta düşmənin də. Dağılmış qəbiristanlıqlar çox pisdir. Ölülərin dincliyini pozmağı Allah amansızcasına sorğulayacaq. Halbuki Azərbaycan özü dünyəvi və tolerant dövlətdir. Burada müxtəlif dinlərə mənsub insanların – müsəlmanların, xristianların, yəhudilərin, zərdüştilərin, tenqriçilərin və bir çox başqa dinlərin nümayəndələri rahat yaşayır”.

Previous article“Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i yeni bir layihənin icrasına start verib
Next articleYaşayış yerlərini tərk edən korona xəstələri aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here