Home Qarabağ Bayramov Qarabağdakı kütləvi məzarlıqlardan danışdı

Bayramov Qarabağdakı kütləvi məzarlıqlardan danışdı

234
0

Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra – Azərbaycan ictimaiyyəti bunu yaxşı bilir – qısa müddət ərzində orada kütləvi məzarlıqlar tapılmışdı. Təbii ki, biz burada minlərlə insandan danışmırıq, amma ən azı bəlli sayda insan qalıqları tapılıb.

Sosialxəbər.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Qısa müddət ərzində Azərbaycan tərəfi bunu işğaldan azad olunmuş ərazilərdə müəyyən edib tapa bilirdisə, demək, həmin o işləri törətmiş erməni tərəfi buna çox yaxşı bələd idi. Ona görə də hesab edirik ki, Ermənistan tərəfinin məntiqsiz izahları heç bir əsas tapa bilməz və əminik ki, beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək”, – nazir bildirib.

Previous articleSalyanda mağazaya bıçaqlı basqın: xəsarət alan var
Next article“Azərbaycan Dəmir Yolları”nın əməkdaşları saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here