Home Təhsil Bakıda məktəb koronavirusa görə bağlandı

Bakıda məktəb koronavirusa görə bağlandı

234
0

Paytaxtdakı 179 nömrəli məktəbin fəaliyyəti fevralın 10-dan distant təhsil formasında davam etdiriləcək.

Sosialxəbər.az bildirir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Qeyd edək ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib.

Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib.

Previous articleYaşayış yerlərini tərk edən korona xəstələri aşkarlandı
Next articleİmişlidə narkotacir saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here