Home Digər “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları saxlanıldı

“Azərbaycan Dəmir Yolları”nın əməkdaşları saxlanıldı

5102
0

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları oğurluq edərkən saxlanılıblar.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.

Araşdırma aparılır.

Previous articleBayramov Qarabağdakı kütləvi məzarlıqlardan danışdı
Next articleKonflikt ölkələrin media qurumlarının və postkonflikt ölkənin jurnalistlərinin İnformasiya Şəbəkəsi yaradılacaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here