Home QHT “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i yeni bir...

“Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i yeni bir layihənin icrasına start verib

364
0

Sosialxəbər.az xəbər verir ki, “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi üçün “Peşə Təhsili və Təlimi” keçirilməsi layihəsininin fevral ayının 1-dən icrasına başlayıb.

Məlumat üçün qeyd edək ki, layihənin fəaliyyət planına əsasən mart ayından başlayaraq aprel ayının sonuna qədər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli internat məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlara peşəkar təlimçilər tərərfindən rəssamlıq, kompyuter kursları, qadın bərbəri, aşpazlıq kimi müxtəlif peşə sahələrinin öyrədilməsi istiqamətində təlimlər keçiriləcək.

Layihənin məqsədi peşə təhsilini təbliğ etməkdir. Həmçinin İB-in sədri Vüsalə Əliyevan qeyd edib ki, müxtəlif peşə təlimləri keçməklə göstərmək istəyirik ki, peşə təhsili xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə müsbət təsir edir.

Peşə təhsili onların özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Layihənin icrası dövründə keçirilən təlimlər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif peşə sahələrini öyrənmiş olacaqlar və peşə öyrənməklə gələcəkdə iş tapmaları üçün imkanların yaranması üçün ilkin addımlar atılacaq, əlaqələr qurmağı öyrənəcəklər, informasiya əldə edəcəklər, özlərini tək, təcrid olunmuş hiss etməyəcək, asudə vaxtlarını səmərəli və maraqlı keçirə, intellektual səviyyələrini artıra, ictimaiyyətlə sıx virtual əlaqə saxlaya biləcəklər.

Sözügedən layihənin icrası 3 ay (01.02.2022-01.05.2022) müddətində Bakı şəhəində həyata keçiriləcəyi nəzərdə tutulub.

Previous articleHökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!
Next articleErmənilərin bu barbarlığı bizi dəhşətə saldı – Razuvayev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here