Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Yeni Ramana qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Qumru İsmayıl qızı Həsənova və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Zeynəb Mübariz qızı Həsənli, 2013-cü il təvəllüdlü Gülay Mübariz qızı Həsənli və 2015-ci il təvəllüdlü Yavər Mübariz oğlu Həsənli yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.