Home QHT Dayaq “” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib

Dayaq “” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib

352
0

Sosialxəbər.az xəbər verir ki, “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.

İB-in sədri Hicran Əliməmmədova bildirib ki, Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də Ağsu və İsmayıllı rayonlarında vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçiriləcək və sözügüdən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi üçün sorğuların da keçiriləcəyi planlaşdırılır.

İctimai Birliyin sədri əlavə olaraq qeyd edib ki, layihənin icrası və görüləcək fəaliyyətlərlə bağlı daha da geniş insan kütləsinin məlumatlanması üçün tədbirlərin həyata keçiriləcəyi regionlarda yaşayan vətəndaşlara maarifləndirici bukletlər paylanılacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən həyata keçiriləcək.

“Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrası 3 ay müddətində (01.02.2022-01.05.2022) nəzərdə tutulub.

Previous articlePensiya yaşı azaldılacaq? – Açıqlama
Next article“ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi layihəsinin icrasına baslayir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here